Məktəbdə müəllim 2-ci sinif şagirdlərindən görün nə reklamı üçün istifadə etdi - VİDEOTürkiyədə bir məktəb müəlliminin aldığı kriptovalyutaları reklam etmək üçün şagirdlərdən istifadə etməsi ilə bağlı qalmaqallı görüntülər ortaya çıxıb.
News24.az Sonxeber.az-a istinadən xəbər verir ki, müəllimin müxtəlif kriptovalyuta markalarının loqolarını 2-ci sinif şagirdlərinin üzünə yapışdırıb onlarla "gecə-gündüz"oynaması böyük reaksiya doğurub.
Bir çox vətəndaş uşaqların reklam məqsədilə istifadə edilməsinin yolverilməz olduğunu və rəsmi qurumlardan açıqlama gözlədiklərini bildirib.
Görüntülərin hansı məktəbə aid olduğu hələlik müəyyən edilməyib.