AZ

Lukaşenko Zelenskidən üzr istəyib: AÇIQLAMA

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, genişmiqyaslı müharibənin ilk günlərində Aleksandr Lukaşenko ilə telefonla danışıb və o, Rusiyanın Belarus ərazisindən Ukraynaya raket hücumlarına görə üzr istəyib. 

Hətta Belarus Prezidenti ukraynalı həmkarına cavab olaraq Mozır neft emalı zavodunu vurmağı təklif edib. 

“Cebheinfo.az”-un məlumatına görə, Ukrayna Prezidenti bu barədə alim və bloger Leks Fridmanla podkastda danışıb. 

“Bir neçə gün sonra, müharibənin ilk günlərində Lukaşenko ilə telefonla danışdım və o üzr istədi. O deyib: 

“Bu, mən deyiləm, mənim ərazimdən raketlər buraxılıb, Putin də atıb. Bu, onun sözləridir, şahidlərim var. Mənə dedi: 

“İnanın mənə, Volodya, mən deyiləm. Mən buna nəzarət etmirəm, sadəcə raketlərdir, Putindir...”. Mən ona dedim ki, o da eyni qatildir. O isə mənə dedi: “Başa düş, sən ruslarla döyüşə bilməzsən”. Mən ona dedim: “Biz heç vaxt döyüşməmişik. Raketlər sizin torpağınızdan, Belarusdan uçub gəlib, buna necə icazə verdiniz?”

O deyir: “Yaxşı, yaxşı, cavab ver”. 

Onun mənə dediyini hələ də xatırlayıram: “Neft emalı zavodunu vurun, bunun mənim üçün nə qədər vacib olduğunu bilirsiniz. ... Mozır zavodu”. Mən ona deyirəm: “Sən nə danışırsan? Cavab nədir?” 

Seçilən
58
48
cebheinfo.az

10Mənbələr