İranın cənubunda 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Aznews.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,25 milyon nəfər əhalisi olan Şiraz şəhərindən 139 km cənubda, ocağı isə 19 km dərinlikdə yerləşib.