AZ

Bakı-Astara istiqamətində qatar reysləri nə vaxt bərpa olunacaq? - AÇIQLAMA

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yanvarın 3-dən etibarən Bakı–Balakən–Bakı marşrutu üzrə gecə səfərlərinə start verib.

Aznews.az xəbər verir ki, Balakən istiqamətinə qatarların fəaliyyətə başlaması Bakı-Astara qatarının da nə vaxt bərpa edilməsi barədə sualları gündəmə gətirib.

Mövzu ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyevbildirib ki, Bakı-Astara istiqamətində hazırda yük daşımaları həyata keçirilir.

"Hazırda həmin ərazidə dəmiryol infrastrukturu sərnişindaşımanın təşkilinə imkan vermir. Sərnişindaşımanın təşkili üçün həmin istiqamətdə dəmiryol infrastrukturu yenidən qurulmalıdır.

Seçilən
44
22
aznews.az

10Mənbələr