Avstraliyanın qərbində təyyarə havaya qalxdıqdan az sonra uçuruma çırpılıb.
Qəza nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, Avstraliyada təyyarə havaya qalxdıqdan az sonra uçuruma çırpılıb.
Avstraliyanın qərbindəki Rottnest adasının sahillərində, göyərtəsində 7 nəfərin olduğu qəzada 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Qəza nəticəsində avstraliyalı pilotun və İsveçrə və Danimarkadan olan iki turistin həlak olduğu bildirilib.
Qərbi Avstraliyanın Baş naziri Roger Kuk verdiyi açıqlamada, "Ölən 3 nəfərin cəsədləri dalğıclar tərəfindən təyyarənin qalıqları altından çıxarıldı" dedi.
Kuk qəzadan kədərləndiyini və hadisə ilə bağlı istintaq başladıldığını bildirib.