"Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi yarımmüdafiəçi Andrey-Kostin Tirkovaneunu heyətinə qatıb. Rumıniyalı futbolçu ilə il yarımlıq müqavilə imzalanıb.
Qeyd edək ki, 27 yaşlı futbolçunun son klubu Kanadanın “Pasifik” olub.
Xatırladaq ki, "Şamaxı" bunadək Cəlal Hüseynov, Murad Vəliyev və Vüsal Məsimovu sıralarına cəlb edib.