AZ

Metroda intihar edən gənc I kurs tələbəsi imiş - FOTO

Bir neçə gün əvvəl “Ulduz” stansiyasında relsin üzərinə düşərək xəsarət alan şəxsin kimliyi məlum olub.

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, Tovuz rayon sakini 2007-ci il təvəllüdlü Aslanov Saməddin Sakit oğlu intihar etmək məqsədilə özünü qatarın altına atıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, intihar edən gənc 1-ci kurs tələbəsi olub. O, Vətən müharibəsi şəhidi Babək Aslanovun qardaşıdır.

Saməddin intihar etməzdən əvvəl sosial şəbəkədə paylaşım edib və ağır psixoloji vəziyyətdə olduğunu, intiharına görə heç kimin günahkar olmadığını bildirib.

1409156

 
Seçilən
31
47
azedu.az

10Mənbələr