AZ

İlyas İsmayılov xəstəxanaya yerləşdirilib - Açıqlama

Ədalət Partiyasının sədri İlyas İsmayılovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatlar yayılıb.

"Cebheinfo.az"  xəbər verir ki, Modern.az məsələni dəqiqləşdirmək üçün İlyas İsmayılovun müavini Mütəllim Rəhimovla əlaqə saxlayıb.

M.Rəhimov saytımıza açıqlamasında Partiya sədrinin müavini İlyas İsmayılovun insult keçirməsi ilə bağlı məlumatın doğru olmadığını bildirib:

“İlyas bəyin səhhətində problemlər yaranıb. Hazırda Mərkəzi Klinik Xəstəxanada müalicə alır”.

***

13:48

Ədalət Partiyasının sədri İlyas İsmayılov insult keçirib.

Bu barədə "Teleqraf.com"a sabiq baş prokurorun yaxın qohumu məlumat verib.

"İlyas bəy hazırda Mərkəzi Klinikada reanimasiya şöbəsində müalicə olunur. Artıq bir aya yaxındır ki, o xəstəxanadadır. İnsult keçirmişdi, indi nisbətən yaxşılaşır", - deyə o əlavə edib.

Qeyd edək ki, İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

O, 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.

"Cebheinfo.az" 

Seçilən
16
50
cebheinfo.az

10Mənbələr