1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Rusiya Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azerbaijan Airlines" (AZAL) şirkətinə məxsus təyyarənin qəzasının tam obyektiv və qərəzsiz araşdırılmasında maraqlıdır, istintaq orqanları müvafiq işləri aparır".
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"İstintaq orqanlarına lazımi tapşırıqlar verilib. Biz bu qəzanın səbəblərini müəyyən etmək üçün tam obyektiv, qərəzsiz araşdırmada maraqlıyıq", - deyə Kremlin nümayəndəsi jurnalistlərə bildirib.
Peskov vurğulayıb ki, Rusiyanın dövlət başçısı Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev iki dəfə telefonla danışıblar. O, Putinin üzr istədiyini vurğulayıb.
Xatırladaq ki, dekabrın 25-i səhər "Azerbaijan Airlines" (AZAL) QSC-yə məxsus Bakı-Qroznı J2-8243 nömrəli reysi həyata keçirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü daxil olmaqla 67 nəfər (37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı) olub.
Son məlumatlara görə, qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlar arasında hər iki pilot daxil olmaqla ekipajın 3 üzvü var.