Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Belə ki, Belarusun "Птицефабрика Городок", Rusiyanın "Индюшкин Двор" və "Невинномысский Мясокомбинат", Ukraynanın "Птицекомплекс Губин", Gürcüstanın "Chirina LTD" şirkətinə məxsus quş əti məhsullarından götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində "Salmonella" aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar aidiyyəti ölkələrin müvafiq qurumlarına ixracın dayandırılmasına dair müraciət ünvanlanıb, görülən tədbirlər barədə Agentliyə məlumat verilməsi bildirilib.
Həmçinin qeyd olunub ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Portuqaliya Respublikasının Lissabon dairəsində, Filippin Respublikasının Şimali Kamarines əyalətində, Amerika Birləşmiş Ştatlarının isə Missuri, Alabama, Kanzas, Viskonsin ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bildirilib ki, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Lissabon dairəsində, Şimali Kamarines əyalətində və Missuri, Alabama, Kanzas, Viskonsin ştatlarında zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
10Mənbələr
-
metbuat.azRusiyada yaşayan azərbaycanlıları nə gözləyir? - ( 15346493)
-
paytaxt.orgRusiya miqrant ovuna BAŞLADI - ŞOK GÖRÜNTÜLƏR - azərbaycanlılar QAÇIR.../VİDEO ( 15322311)
-
baki-xeber.comAzərbaycanlı qanunsuz miqrantlar ABŞ-dakı məşhur Quantanamo həbsxanasına köçürülə bilər... ( 15309313)
-
azertag.azRusiyada nəzarətdə olan şəxslərin reyestri tətbiq olunur ( 15292195)
-
milli.azRusiyada polislərə yeni səlahiyyət verildi ( 15274429)
-
referans.azRusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Hər an deportasiya... ( 15265589)
-
azpolitika.infoRusiyada miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar bu gündən qüvvəyə minib ( 15264417)
-
bizim.mediaRusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Hər an deportasiya... ( 15264167)
-
fed.azRusiyada qanunsuz yaşayan miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar bu gündən qüvvəyə minib ( 15263807)
-
heftelik.azRusiyada azərbaycanlılara da tətbiq ediləcək sərtləşdirilmiş qaydalar qüvvəyə mindi ( 15263717)