Burun əməliyyatından sonra komaya düşən 30 yaşlı Nəzrin Mansurova bu gün vəfat edib.
Bu barədəonun müalicə aldığı xəstəxanadan bildirilib.
N.Mansurova yanvarın 5-də də “Liv Bona Dea” hospitalının reanimasiya şöbəsinə kritik vəziyyətdə daxil olub. Xəstə süni-tənəffüs aparatına qoşulub, intensiv müalicə aparılıb. Göstərilən səylərə baxmayaraq, xəstə komadan ayılmayıb və dünyasını dəyişib.