1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.

Goranboyda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Faxralı kəndində qeydə alınıb. Kənd sakinləri - 1983-cü il təvəllüdlü Ş.Əsgərov, 1987-ci il təvəllüdlü H.Qocayeva, 2014-cü il təvəllüdlü Ç.Əsgərov və 2016-cı il təvəllüdlü Ə.Əsgərov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilib.
Məlumata görə, ailə üzvləri yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.