Demokrat.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 22 ünvanında yerləşən bu obyekti kimin aldığı barədə məlumat verilmir.
Qeyd edək ki, obyekt ilk dəfə 29 noyabr 2023-cü il tarixində açıq hərraca çıxarılıb. İlk hərracda obyektin ilkin start qiyməti 2 milyon 427 min 315 manat olub. Lakin, 676 kv. metr sahəyə malik obyekt satılmadığı üçün 28 fevral 2024-cü il tarixində keçirilən 3-cü hərracda 10% endirimlə (2 milyon 184 min 583,5 manat) satışa çıxarılıb. 1 aprel tarixində 25% endirimlə (1 milyon 820 min 486,25 manat) 4-cü dəfə hərraca çıxarılıb. Obyekt yenə satılmadığı üçün 3 may tarixində 50%-lik endirimlə (1 milyon 213 min 657,5 manat) 5-ci dəfə satışa çıxarılıb. Bundan sonra obyekt daha 6 dəfə hərraca çıxarılıb və qiymətində heç bir dəyişiklik olmayıb.
10 yanvar tarixində 12-ci dəfə hərraca çıxarılan obyektin ilkin start qiyməti dəyişməyib və 1 milyon 213 min 657,5 manata da satılıb.
Məlumat üçün bildirək ki, hərraca çıxarılan obyekt ləğv edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla birlikdə ittiham olunan şəxslərin cinayət işi çərçivəsində müsadirə olunub. Obyekt “Jurnalistlər binası”nı tikən “Portos” MMC-yə məxsus olub.
“Portos” MMC-nin hazırda həbsdə olan icraçı direktoru Nadir Məmmədov məhkəmədə verdiyi ifadəsində bildirib ki, şirkətin təsisçisi Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun baldızı (həyat yoldaşının bacısı) Gülər Vəliyeva olub.
10Mənbələr
-
fed.azLəğvetmə prosesində olan daha 3 bankın əmlakları - HƏRRACDA SATILIR - QİYMƏTLƏR ( 15092719)
-
fed.azLəğv prosesində olan bankların əmlakları hərraca çıxarılır - QİYMƏTLƏR ( 15087325)
-
apa.azƏmanətlərin Sığortalanması Fonduna üzv bankların siyahısı yenilənib ( 15062745)
-
teleqraf.comLəğv olunan şirkətə məxsus avtomobillər 4-cü dəfə hərracda - Bu dəfə qiymətlər endirilib ( 15011433)
-
fed.az"Azərbaycan Beynəlxalq Bankı"nın avtomobilləri - HƏRRACDA SATILIR - QİYMƏTLƏR ( 15005487)
-
fed.azLəğv prosesində olan bankların bankomatları - HƏRRACDA SATILIR - QİYMƏTLƏR ( 14964377)
-
fed.azLəğv prosesində olan bankın bankomatları hərraca çıxarılır - QİYMƏT ( 14853351)
-
avtosfer.azAYNA-nın avtobusları və avtomobilləri HƏRRACA ÇIXARILDI - SİYAHI - QİYMƏTLƏR ( 14817535)
-
fed.azAYNA-nın avtobusları və avtomobilləri - HƏRRACA ÇIXARILDI - SİYAHI, QİYMƏTLƏR ( 14810177)
-
fed.azNövbəti hərracda 109 ədəd avtomobil özəlləşdirildi - SİYAHI, MƏBLƏĞLƏR ( 14802725)