İranın Atom Enerjisi Təşkilatının (AEOI) mütəxəssisləri uranın zənginləşdirilməsi üçün qaz sentrifuqasının yerləşdiyi platformada partlayıcı maddələri zərərsizləşdiriblər.
Yenisabah.az Entekhab-a istinadla xəbər verir ki, bunu İslam Respublikasının vitse-prezidenti Məhəmməd Cavad Zərif bildirib.
O, təxribatda İsrailin əli ola biləcəyinə eyham vurub:
“Sionistlər uzun müddətdir ki, Livanda peycerlərin partladılması üçşün əməliyyatı üzərində işləyibər. Ola bilər ki, bu, sanksiyalar sayəsində mümkün olub. İstehsalçıdan peyjerləri sifariş etmək əvəzinə, sanksiyalara görə vasitəçilərə müraciət olunub. Əgər sionist rejim tədarük zəncirinə nüfuz edərsə, o, hər şeyi edə və hər şeyi həyata keçirə bilər.
Məsələn, Atom Enerjisi Təşkilatı bu yaxınlarda içərisində partlayıcı maddələr olan sentrifuqa platforması alıb. O şakarlanıb və partlayıcıların görünməsinə səbəb yan keçməli olduğumuz sanksiyalar idi. Maliyyə itkiləri ilə yanaşı, onlar həm də böyük təhlükəsizlik ziyanına səbəb olurlar”.
Zərif hadisənin dəqiq nə vaxt baş verdiyini açıqlamayıb.
Telegram kanalımız