AZ

İKZF-nin zəmanəti ilə sahibkarlara 550 mln. manata yaxın kredit verilib

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabrtarixli 1691 nömrəli Fərmanına ilə ölkədə ilk dəfə olaraqsahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərəzəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görəsubsidiyanın verilməsinə başlanılıb.

Bu barədə Trend-ə Azərbaycan Respublikası İpoteka və KreditZəmanət Fondundan (Fond) məlumat verilib.

Qeyd olunub ki, 31 dekabr 2024-cü il tarixinə Fondun təqdimetdiyi zəmanət hesabına müvəkkil banklar tərəfindən sahibkarlara549,5 milyon manat məbləğində kreditlərin verilməsi təmin olunub.Ötən il ərzində müvəkkil banklar tərəfindən 118,6 milyon manathəcmində kredit verilib.

Sahibkarların maliyyə resurslarına çıxış imkanlarınınartırılması və ödəniş yükünün azaldılması məqsədilə dövlətbüdcəsindən ayrılmış vəsaitlər hesabına Fond tərəfindən2018-2024-cü illərdə sahibkarlıq kreditlərinə hesablanmış faizlərəgörə 47,4 milyon manat məbləğində subsidiya verilib.

Zəmanət verilmiş kreditlər üzrə banklar tərəfindən müəyyənləşənorta faiz dərəcəsi 14.4% olduğu halda, subsidiya hesabınaborcalanlar tərəfindən 6.2% həcmində faiz ödənilib.

Zəmanət verilmiş kreditlər əsasən iqtisadiyyatın turizm vəictimai iaşə, ticarət, tikinti və kənd təsərrüfatı, sənayəsektorlarına, eləcə də, sənaye məhsullarının istehsalı və emalı,qida sənayesi məhsullarının, habelə maşın və avadanlığınistehsalına yönəldilib.

Verilən kreditlər hesabına maliyyələşən biznes layihələriçərçivəsində 6,5 mindən çox yeni iş yerinin açılması nəzərdətutulub.

Seçilən
10
7
az.trend.az

10Mənbələr