AZ

Ukrayna Rusiya qazının tranzitini bərpa etməyəcək

Kiyev gələcəkdə Rusiya qazının Ukrayna ərazisindən tranzitini bərpa etmək niyyətində deyil.

Xezerxeber.az xəbər verir ki, bunu ABŞ-nin Dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Payat deyib.

“Prezident Volodimir Zelenski qeyd edib ki, 25 il əvvəl Ukrayna vasitəsilə Avropa bazarlarına ildə 130 milyard kubmetr qaz ötürülürdü, hazırda isə bu, sıfıra bərabərdir. Rusiya özünün vacib enerji bazarını itirib və əminəm ki, bunun geriyə dönüşü olmayacaq”, - deyə diplomat bildirib.

Cefri Payat son illər qlobal enerji sistemində baş verən müstəsna dəyişikliklər arasında Avropanın Rusiya enerjisindən asılılığına son qoyulmasını, ABŞ-nin maye qaz sənayesinin sürətli inkişafını və neft hasilatında artımı qeyd edib: “Bu gün biz dünyada ən böyük maye qaz ixracatçısıyıq. ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp administrasiyasının dövründə vəziyyətimizi iki dəfə yaxşılaşdıracağıq və bunu Amerika tarixində görünməmiş enerji bolluğu səviyyəsinə çevirəcəyik”, - deyə Dövlət katibinin köməkçisi vurğulayıb.

Slovakiya, Macarıstan və Avstriyanın Rusiya qazının Avropaya tədarükünün davam etməsinin tərəfdarı olduğunu xatırladan diplomat Vaşinqtonun Rusiyanın enerji resurslarından imtina məsələsində Brüsselin səylərini qətiyyətlə dəstəklədiyini bildirib.

Seçilən
12
50
xezerxeber.az

10Mənbələr