AZ

Xüsusi tənzimləmə rejiminin ikinci dövründə iştirakla bağlı müraciətlərin qəbulu müddəti uzadılıb - AMB

Bakı. Trend:

İnnovativ məhsulların Azərbaycan Mərkəzi Bankının (AMB) nəzarətialtında məhdud şəkildə sınaqdan keçirilməsini təmin edən xüsusitənzimləmə rejiminin ikinci dövründə iştirakla bağlı müraciətlərinqəbulu müddəti uzadılıb.

Bu barədə Trend-ə AMB-dən məlumat verilib.

Bildirilib ki, müraciətlərin qəbulu mərhələsi 2025-ci ilinfevral ayının 15-dək davam edəcək.

Xatırladaq ki, xüsusi tənzimləmə rejiminin meyarlarına uyğungələn innovativ maliyyə məhsulları Mərkəzi Bank ilə bağlanılacaqmüqavilə əsasında sınaqda iştirak etmək hüququ qazanacaq.

Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün Mərkəzi Banka“Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndindəqeyd olunan sənədləri və məlumatları xüsusi internet səhifəsi(sandbox.cbar.az) vasitəsilə və ya yazılı şəkildə təqdim etməkmümkündür.

Məqalədə:
Seçilən
1
9
az.trend.az

10Mənbələr