Tanınmış aparıcı İlqar Mikayıloğlu “Günə bax” verilişində TƏBİB-ə qarşı sərt çıxıb edib.
Hörmətli TƏBİB, nə baş verir? Biz sizə ötən ilin dekabrında sorğu göndərmişdik. İndi başa düşürəm ki, sorğumuza niyə cavab vermirsiniz. Əgər təcili tibbi yardım 7 dəqiqə cavab vermirsə, onda belə çıxır ki, bizim sorğumuza 7 il gözləmək lazımdır. Nə baş verir? Niyə baş verir?
Hörmətli TƏBİB, ola bilərmi ki, siz bizim bildiklərimizi bilmirsiniz? Ola bilməz. Siz də çox gözəl bilirsiniz ki, həmin hadisədə əli olan şəxslər haralara göndərilib? Siz bizim bildiklərimizdən daha artığını bilirsiniz. Amma susmağı üstün tutursunuz. Düzdür, susmaq qızıldır. Belə bir vəziyyətdə susmaqdan söhbət getmir. Belə vəziyyətdə hansısa çatışmazlıqlar ört-bastır edilir. Burada hansısa səhlənkarlıqdan, “fikir verməyin, boş-boşuna danışır”-dan söhbət gedir. Amma nə qədər də boş qəbul etsəz, mən bu barədə danışacam”.
Qeyd edək ki, “Sözün bitdiyi an” verilişinin canlı yayımında gərgin anlar yaşanıb. Halı pisləşən şikayətçi üçün Təcili Təxirəsalınmaz Tibbi Yardıma zəng edilsə də, 7 dəqiqə operatorlar telefonlara cavab verməyib. Nigar Fərhad aparıcısı olduğu efirdə bunu işıqlandırıb və qurumun əməkdarlarını sərt tənqid edib.