Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yayıb.
Bildirilib ki, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi, Goranboy Rayon İcra Hakimiyyəti, Goranboy polis şöbəsinin nümayəndələri hər iki ailənin yaşadığı ünvana yollanıb.
Oğlan və qız hər iki şəxs polis şöbəsinə aparılıb, izahatları alınıb. Hər iki ailəyə qanunvericiliklə bağlı məlumat verilib.
İstintaq bölməsindən qızın nikah yaşına çatmadığı üçün yetkinlik yaşına çatmayan qız ailəsinə verildiyi barədə bildirilib, hazırda istintaq bölməsində araşdırma aparılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta