AZ

“Azərişıq” ilə “Donfang Electronics Corporation” arasında əməkdaşlıq üçün böyük potensial mövcuddur - Şitan Cao

Hadrut. Trend:

“Azərişıq” ilə “Donfang Electronics Corporation” arasındaəməkdaşlıq üçün yaxşı baza və böyük potensial mövcuddur.

Bunu Trend-ə"Donfang Electronics Corporation" şirkətinin Baş direktor müaviniŞitan Cao deyib.

O bildirib ki, 2024-cü ilin noyabr ayında Çin geniş tərkiblinümayəndə heyəti ilə Bakıda keçirilən COP29 konfransında iştirakedib:

"Bu tədbir çərçivəsində Çinin “Donfang Electronics Corporation”şirkətinin idarə heyətinin sədri Fang Zhengji “Azərişıq” ASC-ninrəhbər heyəti ilə dostcasına görüşərək səmimi müzakirələr aparıb.2024-cü ilin dekabr ayında “Azərişıq”ASC-nin nümayəndə heyəti Çinə,“Donfang Electronics Corporation”-a cavab səfəri edib. Tərəflərinqarşılıqlı səfərləri gələcək əməkdaşlıq üçün möhkəm təməlqoyub.

Bu günlərdə biz Azərbaycana gəlib “Azərişıq”ın əməkdaşları ilədərin müzakirələr apararaq müxtəlif obyektlərə baş çəkmişik. Bizgörmüşük ki, “Azərişıq” ağıllı şəbəkə (Smart Grid) və yaşıl enerji(Green Energy) sahəsində çox yaxşı ideya və təşəbbüslərə malikdirvə bu istiqamətlərdə innovativ yeniliklər həyata keçirir.

“Donfang Electronics Corporation” qlobal səviyyədə tanınmış Çinenerji şirkəti olaraq dünyanın 50-dən çox ölkəsində fəaliyyətgöstərir. Şirkət elektrik paylayıcı və ötürücü sistemlər üzrə tamsənaye zəncirinə və həll yollarına malikdir, həmçinin ağıllıelektrik şəbəkələrinin yenidən qurulması və tikintisi, elektrikSCADA sistemlərinin inkişafı və tətbiqi, yaşıl enerjinin inkişafıvə tikintisi sahəsində zəngin təcrübəyə sahibdir. Buna görə də“Azərişıq” ilə “Donfang Electronics Corporation” arasındaəməkdaşlıq üçün yaxşı baza və böyük potensial mövcuddur".

"Bu gün biz Qarabağa səfər etdik və müharibənin dağıdıcıizlərini, xarabalığa çevrilmiş evləri gördük. Lakin eyni zamanda,müharibədən sonrakı bərpa işlərinin çox sürətlə irəlilədiyinə şahidolduq. Yollar, evlər və enerji infrastrukturu da daxil olmaqla birçox sahələrdə müasir texnologiyalardan istifadə edilir. Bu,Azərbaycan Prezidenti və xalqının böyük nailiyyətidir. Biz Füzuliyarımstansiyasına baş çəkdik və bu yarımstansiyanın inşasındaqabaqcıl rəqəmsal texnologiyaların tətbiq edildiyini gördük.Mütəxəssislərimiz bu texnologiyaları yüksək qiymətləndirdilər.

Hazırda şirkətimiz ilə “Azərişıq” SCADA sistemi, Qarabağregionunun ağıllı elektrik şəbəkəsinin qurulması və yaşıl enerjinininkişafı sahəsində əməkdaşlıq edir. Biz Azərbaycanın ağıllıelektrik şəbəkələrinin yenidən qurulmasına və yaşıl enerjinininkişafına Çin təcrübəsini və gücünü qatacağımıza ümid edirik.

Bu günlər ərzində Azərbaycan xalqının qonaqpərvərliyini vəmehribanlığını dərindən hiss etdik. Bir daha “Azərişıq”ın bütünkollektivinə səmimi təşəkkürümüzü bildiririk! Sizi yüksək səviyyəliqonaqpərvərliyiniz və effektiv işləriniz üçün təbrik edirik!Təşəkkür edirik!", - deyə o əlavə edib.

Seçilən
29
50
az.trend.az

10Mənbələr