AZ

Ötən il “Premium Bank”dan 49 mln. manat depozit geri çəkilib - Aktivləri azalıb

“Premium Bank” 2024-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” banka istinadən xəbər verir ki, ötən il “Premium Bank”ın xalis mənfəəti 2023-cü illə müqayisədə 30% və ya 2 milyon 231 min manat artaraq 9 milyon 684 min manat təşkil edib. 2023-cü ildə bank 7 milyon 453 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 0.03% azalaraq 31 milyon 775 min manat, faiz xərcləri isə 5.1% artaraq 11 milyon 240 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 17 milyon 413 min manat ( illik müqayisədə 2.4% az ), qeyri-faiz xərcləri isə 26 milyon 739 min manata ( illik müqayisədə 15% az) bərabər olub. Beləliklə, bank bu dövrdə 11 milyon 209 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2023-cü ilə nisbətən 49.5% çoxdur.

Ötən il bankın aktivləri 6.5% və ya 44.2 milyon manat azalaraq 640 milyon 892 min manat təşkil edib. Bu dövrdə bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1.1% və ya 5.2 milyon manat azalaraq 466 milyon 649 manata enib.

Bu dövrdə “Premium Bank”ın cəmi öhdəlikləri 463 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 8.8% və ya 44.8 milyon manat azdır.

2024-cü ildə bankın Mərkəzi bank və dövlət fondları qarşısında öhdəlikləri 9.5% artaraq 74 milyon 277 min manat təşkil edib.

Hesabat dövründə “Premium Bank”dan 49 milyon manat depozit geri çəkilib. Belə ki, ötən il bankın depozit portfeli 11.5% və ya 49 milyon manat azalaraq 377 milyon 761 min manata enib. Fiziki şəxslərin depozitləri əvvəlki illə müqayisədə 11.7% və ya 38.8 milyon manat azalaraq 292 milyon 55 min manat, hüquqi şəxslərin depozitləri isə 10.6% və ya 10.2 milyon manat azalaraq 85 milyon 706 min manat təşkil edib.

2025-ci il yanvar ayının 1-nə “Premium Bank”ın cəmi kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 590 min manat artaraq 177 milyon 883 min manat təşkil edib.

Seçilən
10
50
apa.az

10Mənbələr