Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla gürcüstanlı həmkarı Maka Boçorişvilinin geniş tərkibdə görüşü olub.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan XİN-in "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.
Görüş çərçivəsində tərəflər Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, humanitar, habelə regional və qarşılıqlı maraq doğuran beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Ceyhun Bayramov həmkarına münaqişədən sonrakı yenidənqurma, minalardan təmizləmə və sülh səyləri, eləcə də davam edən sülh prosesində mövcud problemlər barədə məlumat verib.
**16:08
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin təkbətək görüşü olub.
Senzor.az-ın xəbərinə görə, bu barədə XİN-in "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.
Tərəflər görüş çərçivəsində Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas mövzularını və onun regionun inkişafı üçün əhəmiyyətini müzakirə ediblər.
**15:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilini qarşılayıb.
Senzor.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.