AZ

Bu küçədəki avtobus dayanacağı hər gün zəbt olunur - Sürücülər şikayətçidir - FOTO

Paytaxtın Binəqədi rayonu Süleyman Sani Axundov küçəsindəki dayanacaq şəxsi parkinq zonasına çevrilib.

Bununla bağlı izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına fotoşəkillər göndərib. O bildirib ki, sözügedən ərazidə hər gün eyni xoşagəlməz mənzərə mövcuddur. Belə ki, 99-SZ-666 dövlət nömrə nişanlı “Hyundai” markalı, 90-OG-404 dövlət nömrə nişanlı “Toyota” markalı, 90-LN-110 dövlət nömrə nişanlı “BMW” markalı avtomobillərin sürücüləri nəqliyyat vasitələrini dayanacaqda park ediblər. Nəticədə zolağa daxil ola bilməyən avtobus sürücüləri dayanacaqdan kənarda saxlayıblar. 

Nərmin

FOTO QALEREYA
Seçilən
8
36
avtosfer.az

10Mənbələr