AZ

Gürcüstanın XİN rəhbəri: “Azərbaycan ən böyük beş iqtisadi tərəfdaşımız sırasındadır”

“Ölkələrimiz arasında çox nümunəvi əlaqələr var. Azərbaycan Gürcüstanın ən böyük beş iqtisadi tərəfdaşı sırasındadır. Biz birlikdə mühüm və böyük layihələr icra edirik. Bunlar təkcə bizim üçün yox, region üçün də əhəmiyyətlidir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən birgə brifinqdə söyləyib.

O bildirib ki, Qara dənizin dibi ilə başqa ölkələrə enerjinin çatdırılması da vacib layihələrdən biridir.

“Regionumuzun potensialından daha yaxşı istifadə etmək üçün çalışırıq. Bu potensialı daha çox nümayiş etdirmək üçün sülh vacibdir”, - deyə gürcü nazir vurğulayıb.

Bizim.Media

Seçilən
19
24
bizim.media

10Mənbələr