AZ

Ceyhun Bayramov: Azərbaycan və Gürcüstan maraqlarına uyğun şəkildə siyasət həyata keçirir

“Bəzi böyük dövlətlərin digər müstəqil və suveren ölkələrin daxili işlərinə qarışmaq cəhdi yeni tendensiya deyil. Bu, hər zaman baş verib”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşdən sonra keçirilən birgə brifinqdə söyləyib.

O bildirib ki, başqa dövlətlərin daxili işlərinə qarışmaq cəhdləri bu gün açıq şəkildə özünü büruzə verir. Azərbaycan və Gürcüstan da hansısa böyük güclərin diktəsi ilə yox, ölkə maraqlarına uyğun şəkildə siyasət həyata keçirir.

Bizim.Media

Seçilən
34
50
bizim.media

10Mənbələr