AZ

ABŞ Qəzzada atəşkəsin əldə ediməsi üçün Türkiyə Prezidentindən kömək istəyib

ABŞ tərəfi “HƏMAS”ın danışıqlar masasına qaytarılması ilə bağlı regional aktyorlarla çoxlu görüşlər keçirib və bu mövzuda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan kömək istəyib.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, belə bir bəyanatda ABŞ Dövlət katibi Antoni Blinken çıxış edib.

“Biz digər aktorlarla yanaşı Prezident Ərdoğanın yanına getdik və ondan “HƏMAS”ı yenidən masaya gətirmək və razılaşmanı yekunlaşdırmağa çalışmaq üçün nüfuzundan və təsirindən istifadə etməsini istədik. O da bunu etdi”, - deyə o qeyd edib.

Bu arada Blinken Qəzzada İsrail və “HƏMAS” arasında atəşkəsin bazar günü həyata keçirilməyə başlayacağına tam əmin olduğunu bildirib:

“Mən tam əminəm ki, atəşkəs bazar günü həyata keçiriləcək və bunu gözləyirəm. Belə mürəkkəb və həssas danışıqlar prosesində bəzi problemlərin yaranması təəccüblü deyil. Hazırda bu problemləri tez bir zamanda həll edirik”.

Qeyd edək ki, Fələstinin HƏMAS hərəkatı ilə İsrail Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilməsi haqqında saziş imzalayıb.
Seçilən
4
12
sherg.az

10Mənbələr