AZ

Netanyahunun ofisi Qəzza sazişinin imzalandığını təsdiqləyib

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi yəhudi dövləti, Fələstinin HƏMAS hərəkatı, ABŞ və Qətər arasında Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmanın imzalandığını təsdiqləyib...

Poliqon xəbər verir ki, bu barədə “The Jerusalem Post” və “The Times of Israel” nəşrləri yazıb. İndi Netanyahu sazişləri təsdiqləmək üçün hökumətin iclasını keçirməlidir.

JP-nin məqaləsində deyilir: “Netanyahu sazişi təsdiqləmək üçün hərbi-siyasi kabinetin çağırılmasını, sonra isə kabinetin iclasının keçirilməsini əmr edib”.

Qeyd edək ki, bu gün səhər saatlarında “Axios” portalı Dohada müvafiq müqavilənin rəsmi imzalanması barədə məlumat verib.

İsrail və HƏMAS arasındakı razılaşmanı yanvarın 15-də Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman əl-Tani elan edib. Birinci, 42 günlük mərhələdə İsrail qoşunlarını anklavdan çıxarmağa başlayacaq, HƏMAS isə 33 girovu azad edəcək. İkinci mərhələyə bütün israillilərin azad edilməsi və daimi atəşkəs daxildir. İsrail qoşunlarını tamamilə Qəzzadan çıxaracaq və mindən çox məhbusu azad edəcək. Üçüncü mərhələdə tərəflər ölənlərin cənazələrini dəyişdirəcək, Qəzzada yenidənqurma işlərinə başlanacaq.

Poliqon.info

Seçilən
29
50
poliqon.info

10Mənbələr