AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
17 yanvar harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
17 yanvar Uşaq İxtiraları Günüdür:
Uşaq İxtiraları Günü, dünyaya meydan oxuyan və müşkül məsələlərin böyüklərdən daha yaxşı həllini tapmağı bacaran bütün uşaqları bir araya gətirən gündür. Bu tarix məşhur amerikalı siyasətçi Benjamin Franklinin doğum günü tarixi ilə eyni təyin edilib
17 yanvar 2001-ci ildə Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanın təşkilata tamhüquqlu üzv qəbul edilməsi barədə qərar qəbul edilib.
17 yanvar 1929-cu ildə Azərbaycan milli teatrının ilk peşəkar aktyorlarından Mirzə Məmmədov vəfat edib:
1874-cü ildə Şuşada M.F.Axundzadənin “Hacı Qara” komediyasını tamaşaya qoyub, müxtəlif truppalarda aktyorluq edib.
Davud Zöhrabov 1929-cu il yanvarın 17-də Bakıda doğulub:
O, 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işə başlayan katyor 10-dan artıq kinofilmə çəkilib.