Bakı. Trend:
Yanvarın 16-da ölkə ərazisində qeydə alınan 61, əvvəlkidövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.
Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədənborclu şəxs qismində axtarışda olan 62 nəfər saxlanılaraq aidiyyətiüzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 32 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.