“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.
“Cebheinfo.az” xəbər verir ki, şəhidimiz Cavidan Ağayevin anası Gülnarə Ağayevaya diz artoskopiyası əməliyyatı keçirilib.
Müvafiq əməliyyat üzrə xərclər "YAŞAT" Fondunun və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində qarşılanıb.