AZ

Kirayə yolu ilə 1871 mənzil SATILDI - RƏSMİ

2024-cü ildə 1871 mənzil kirayə yolu ilə əldə edilib.

 

Sfera.az İpoteka və Kredit Zəmanət Fonduna (Fond) istinadən xəbər verir ki, 2023-cü illə müqayisədə ötən il kirayə yolu ilə mənzil alışının sayı 30,9% artıb. 2023-cü ildə 1429 ədəd mənzil bu qaydada satılıb.

 

Ümumilikdə indiyədək mexanizm vasitəsilə 6257 ailə özünün yaşayış şəraitini yaxşılaşdırıb ki, onların da 60%-dən çoxunu gənclər və gənc ailələr təşkil edir.

 

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 14 ünvanda mənzillər təqdim edilib. Onlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3-ü Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində, daha 2-si isə Sumqayıt şəhərində yerləşir.

 

Vasif

Sfera.az

Seçilən
17
38
sfera.az

10Mənbələr