AZ

Vətən uğrunda canlarını qurban verən şəhidlər unudulmur- ÖZƏL

"1990-cı ilin soyuq yanvar günlərində azərbaycanlılara qarşı törədilən vəhşiliklər nə qədər amansız və dəhşətli olsa da, xalqımızın iradəsini sındıra, onun azadlıq istəyini boğa bilmədi. 20 Yanvar hadisələrinin ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi kimi böyük tarixi əhəmiyyəti var". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu qanlı hadisələri törədənlərə dərin nifrətini bildirir. Həmçinin, yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazilərində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Vətən uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
36
olaylar.az

10Mənbələr