AZ

Belçika millisi Tedeskonu istefaya göndərib

Belçika millisi italiyalı baş məşqçi Domeniko Tedesko ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə Belçika Futbol Federasiyası məlumat yayıb. 

Tedesko 2023-cü ilin fevralında Belçika millisinin baş məşqçisi təyin edilmişdi. 

Yığma onun rəhbərliyi altında AVRO-2024-də çıxış edib. Ukrayna, Rumıniya və Slovakiyadan ibarət qrupda ikinci yeri tutan komanda 1/8 finalda Fransaya 1:0 hesabı ilə uduzub. 

Bundan sonra Millətlər Liqasında çıxış edən komanda 6 oyunun 4-də məğlub olmuşdu.  

Qeyd edək ki, Tedesko daha əvəl “Şalke”, “Spartak Moskva” və “Leypsiq” kimi komandalara rəhbərlik edib. 

"Hatayspor" - "Qalatasaray" matçına belçikalı hakim təyin edilib

Haaland 10 il daha "Mançester Siti"də qalacaq

“Arsenal” 18 yaşlı futbolçusu ilə müqavilə yeniləyəcək

Alleqrinin yeni ünvanı bəlli olub

36 yaşlı futbolçu Avropaya qayıtdı

Seçilən
35
24
apasport.az

10Mənbələr