AZ

Çexiyada sərgidə BMP-nin aşması nəticəsində iki nəfər ölüb

Çexiyada sərgidə BMP-nin aşması nəticəsində iki nəfər ölüb

Çexiyanın cənub-qərbində köhnə hərbi texnikanın nümayişi zamanı BMP-nin aşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb. Bu barədə iDNES.cz portalı fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.Hadisə Avstriya ilə sərhədə yaxın Svyatomirova kəndi yaxınlığında baş verib.“Təəssüf ki, qəza nəticəsində 8 nəfər xəsarət alıb, fövqəladə hallar xidmətlərinin bütün səylərinə baxmayaraq, iki nəfər ölüb. Avstriyanın xilasedici helikopteri də orada olub”, - deyə telekanal yanğınsöndürənlərin sözlərindən sitat gətirib.Zərərçəkənlərin yüngül xəsarət aldığı, onlardan ikisinin xəstəxanaya yerləşdirildiyi bildirilir. Sərginin özəl xarakter daşıdığı məlum olub və polis hadisə ilə bağlı araşdırma aparır.

Seçilən
62
50
afn.az

10Mənbələr