Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində yanvarın 19-da azad edilməli olan girovların adlarını vasitəçilərə verib.
“Report” xəbər verir ki, bu barədə İsrail mənbəsinə istinadən “Kan” radiosu məlumat yayıb.
Qeyd olunub ki, “HƏMAS” rəsmisi siyahının təhvil verildiyini və İsrailin tezliklə onu alacağını bildirib.
“HƏMAS” hərəkatının hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları”nın nümayəndəsi Əbu Ubeydə bildirib ki, bazar günü üç girov - Romi Qonen (24 yaş), Emili Demari (28 yaş ), Doron Ştaynbreheri (31 yaş) azad ediləcək.
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman isə deyib ki, “HƏMAS” hərəkatının yanvarın 19-da azad edəcəyi girovların siyahısı bir neçə dəqiqə əvvəl vasitəçilər tərəfindən alınıb və İsrailə ötürülmə prosesi gedir.