![Xəzər](/uploads/posts/2025-01/zelze.jpg)
Xəzər dənizində zəlzələ qeydə alınıb.
Reyting.az Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla bildirir ki, yerli vaxtla saat 07:22-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.1 olub.
Zəlzələ ocağı 16 kilometr dərinlikdə yerləşib.