AZ

Qonşuda donuz qripi: ölənlər var

Son iki həftə ərzində Gürcüstanda bir neçə nəfər donuz qripi səbəbindən dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.

Məlumata görə, H1N1 virusunun səbəb olduğu fəsadlar fonunda xəstələrdə müşahidə olunan yanaşı xəstəliklər ölümə səbəb olub.

Bildirilib ki, dünyasını dəyişənlərdən heç biri peyvənd olunmayıb.

Həkimlər virusun yanvar ayının sonuna doğru daha geniş yayılacağını gözləyirlər.

Seçilən
16
49
axar.az

10Mənbələr