AZ

Kürdəmirdə 66 yaşlı kişini cərəyan vuraraq öldürdü

Kürdəmirdə 66 yaşlı kişini cərəyan vuraraq öldürüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü Nizami Şəməddin oğlu Qarayevi yaşadığı evdə elektrik cərəyanı vurub.

Onun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
25
33
yenisabah.az

10Mənbələr