Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun qızı Zöhrə İsmayılovanı avtomobil vuraraq öldürüb.
Bizim.Media teleqraf.com-a istinadən xəbər verir ki, hadisə yanvarın 20-də səhər saatlarında Mərdəkan-Zuğulba avtomobil yolunun Buzovna qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Yolu keçmək istəyən 40 yaşlı Zöhrə Faiq qızı İsmayılovanı avtomobil vurub. Sürücü yaralını 3 saylı Şəhər Kliniki Xəstəxanasına (Sabunçu xəstəxanası) çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Ali təhsilli Z.İsmayılova 4 nömrəli xüsusi internat məktəbində müəllimə işləyirmiş. Hadisə o, işə getmək üçün avtobus dayanacağına keçmək istəyən zaman baş verib.
Z.İsmayılovanın 3 övladı qalıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta