AZ

Sirr- Putin Trampı seçiləndə yox, and içəndə təbrik etdi...

Image

"Trampın inaqurasiya nitqi Putini dəhşətli dərəcədə sevindirib.Rusiya prezidenti dərhal reaksiya verib.Sevincərəklik o həddədir ki, Tramp seçildiyi vaxt onu təbrik etməyən , "seçilməyiniz münasibətilə Sizi təbrik edirəm" deməyən  cənab Putin dünən gecə "ABŞ prezidenti kimi fəaliyyətə başlamanız münasibətilə Sizi təbrik edirəm" bəyanatını verdi."

Bu barədə “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.  A.Quliyev daha sonra yazır: "Görünən budur ki, Putin Ukrayna məsələsində Trampla anlaşa biləcəyinə çox güvənir. Sevincini gizlədə bilmir. Putinin Trampla hansı prinsip əsasında- Ukraynanın torpaqlarını qaytarmaq, ya qaytarmamaq şərtilə razılaşmağa ümidli olduğunu hələ deyə bilmərik...Bəlli olan odur ki, Putin çox sevincərəkdir, Tramp isə çox usta bir şəkildə davranaraq  gələcək Ukrayna taktikası ilə bağlı hələ konkret heç bir ipucu vermir....

Bəlli olan həm də odur ki, Ukrayna müharibəsinin 24 saata dayandırılacağı barədə bəyanatın eyforiyası sönüb gedir..."

Mətləb






Seçilən
27
49
baki-xeber.com

10Mənbələr