Bu gün Bakı İdman Sarayının konfrans zalında basketbol üzrə Azərbaycan Kubokunun 2025-ci il mövsümünün püşkatma mərasimi baş tutub.
Arena.az xəbər verir ki, püşkün nəticəsinə əsasən 1/8 final mərhələsində aşağıdakı komandalar üz-üzə gələcəklər:
“Abşeron” – “Quba”
“Gəncə” – “Ordu”
“Lənkəran” – NTD
“Sumqayıt” – “Neftçi”
28-29 yanvarda oynanılacaq 1/8 final cütlərində püşkə əsasən adları birinci qeyd olunmuş klublar ev sahibi olacaqlar.
Bir görüşün nəticəsinə əsasən qələbə qazanan tərəf növbəti raunda yüksələcək.
“Naxçıvan”, “Sabah”, “Sərhədçi” və “Şəki” komandaları mübarizəyə 1/4 finaldan start verəcəklər.
1/4 finalda isə “Abşeron” – “Quba” cütünün qalibi “Naxçıvan”la, “Gəncə” – “Ordu” cütünün qalibi “Sərhədçi” ilə, “Lənkəran” – NTD cütünün qalibi “Şəki” ilə, “Sumqayıt” – “Neftçi” cütünün qalibi isə “Sabah”la qarşılaşacaq.
Basketbol üzrə Azərbaycan Kubokunun reqlamentinə meydanda 2 yerli basketbolçunun olması və bütün görüşlərin nəticələrinin bir oyuna görə təyin olunması daxil edilib.
Qeyd edək ki, 1/8 finaldan fərqli olaraq, 1/4 final, yarımfinal və final oyunları Bakıda baş tutacaq.