AZ

Azərbaycan Kubokunun püşkü atıldı

Basketbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb.

Bakı İdman Sarayının konfrans zalında basketbol üzrə Azərbaycan Kubokunun (2025) püşkatma mərasimi baş tutub.

"Operativ Media" xəbər verir ki, püşkün nəticələrinə əsasən 1/8 final mərhələsində “Abşeron” – “Quba”, “Gəncə” – “Ordu”, “Lənkəran” – NTD, “Sumqayıt” – “Neftçi” oyunları keçiriləcəkdir.

28-29 yanvarda oynanılacaq 1/8 final cütlərində püşkə əsasən adları birinci qeyd olunmuş klublar ev sahibi olacaqlar. 1/4 finalda isə “Abşeron”-“Quba” cütünün qalibi “Naxçıvan” ilə, “Gəncə”-“Ordu” cütünün qalibi “Sərhədçi” ilə, “Lənkəran”-NTD cütünün qalibi “Şəki” ilə, “Sumqayıt”-“Neftçi” cütünün qalibi isə “Sabah” ilə qarşılaşacaq. Kubokun reqlamentinə meydanda 2 yerli basketbolçunun olması və bütün görüşlərin nəticələrinin bir oyuna görə təyin olunması daxil edilmişdir.

Qeyd edək ki, 1/8 finaldan fərqli olaraq, 1/4 final, yarımfinal və final oyunları Bakıda baş tutacaqdır.

Seçilən
14
43
operativmedia.az

10Mənbələr