AZ

Hərbi əməliyyatlar nəticəsində Qəzzaya 38 milyard dollar dəyərində ziyan dəyib

2023-cü ilin oktyabrından etibarən, Qəzza zolağına dəyən birbaşa ziyan ən azı 38 milyard ABŞ dolları təşkil edir.

"Yeni Azərbaycan" TASS-a istinadən xəbər verir ki, bu barədə ilkin məlumatı anklav hakimiyyətinin mətbuat xidməti öz teleqram kanalında məlumat yayıb. 

Məlumata görə, sektorda 137 təhsil müəssisəsi, 823 məscid və 3 kilsə, mədəni və ya tarixi əhəmiyyət kəsb edən 206 obyekt və s. dağıdılıb. 160-dan çox tibb müəssisəsi atəşə tutulub, elektrik yarımstansiyalarına, su və kanalizasiya şəbəkələrinə, həmçinin anklavın nəqliyyat infrastrukturuna ciddi ziyan vurulub.

Qeyd edək ki, yanvarın 20-də anklavın Səhiyyə Nazirliyi 47 min 35 fələstinlinin həlak olduğunu, 111 mindən çox adamın yaralandığını bildirib.

Havar Şəfiyeva

Seçilən
5
50
yeniazerbaycan.com

10Mənbələr