AZ

Türkiyədəki yanğında ölənlərin sayı 76-ya çatıb - YENİLƏNİB

İstanbul, 22 yanvar, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Bolu vilayətində, Köroğlu dağının zirvəsində yerləşən Kartalkaya xizək mərkəzində baş verən yanğında həyatını itirənlərin sayı 76-ya çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

Nazir bildirib ki, hadisə ilə əlaqədar aparılan istintaq çərçivəsində indiyədək 9 nəfər saxlanılıb. Yanğının səbəbi hələ müəyyən edilməyib. Hadisə yerinə Bolu ilə yanaşı Düzce, Kocaeli, Sakarya, Karabük, Zonquldak, Bartın və Ankaradan yanğınsöndürən, səhiyyə, AFAD, UMKE, jandarm və meşə sahə idarələrinin çox sayda heyət və texnikaları cəlb edilib.

Xatırladaq ki, baş verən yanğınla bağlı Türkiyədə bir günlük matəm elan edilib.

17:16

Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzində baş verən yanğında ölənlərin sayı 66-ya yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

Nazir bildirib ki, yanğın tamamilə nəzarət altına alınıb, hazırda soyutma işləri aparılır. Hadisə zamanı 51 nəfər müxtəlif bədən xəsarəti alıb.

Hazırda Türkiyənin daxili işlər, mədəniyyət və turizm, səhiyyə, əmək və sosial müdafiə, sənaye və texnologiya nazirləri bölgədəki araşdırmalarda iştirak edirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanğınla bağlı açıqlamasında hadisənin dərindən araşdırılması istiqamətində lazımi tədbirlərin başlanıldığını deyib.

 

Seçilən
11
30
azertag.az

10Mənbələr