2024-cü ildə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 25 milyard 772 milyon 217,76 min kubmetr həcmində təbii qaz ixrac edib.
İndex.az bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 8 milyard 406 milyon 728,72 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2023-cü illə müqayisədə 3,2 %, dəyəri isə 38,5 % azdır. 2024-cü ildə Azərbaycanın ümumi ixracında təbii qazın payı 31,66 % olub.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 26 milyard 554,1 milyon ABŞ dolları ixracın, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 21,7 % azalıb, idxal isə 21,8 % artıb.