AZ

Dortmund “Borussiya”sı Nuri Şahini istefaya gönərdi

Dortmund “Borussiya”sı türk mütəxəssis Nuri Şahini komandanın baş məşqçisi vəzifəsindən istefaya gönərmək haqda qərarını rəsmiləşdirib.

Arena.az bu barədə Almaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Xatırladaq ki, daha əvvəl müsahibəsində Şahin “Damokl qılıncı” kimi başı üzərini almış bu təhlükəyə işarə edərək, vəzifəsindən qovulacağını təxmin etmişdi. Rəhbərlik müvafiq qərarını “Borussiya”nın Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda səfərdə “Bolonya”ya məğlubiyyətdən (1:2) sonra qəbul edib. Əlavə edək ki, Dortmund “Borussiya”sı ardıcıl 4 oyundur ki, məğlubiyyət yaşayır.

“Təəssüf ki, bu bəyanatı dərc edərkən, biz Dortmund “Borussiya”sının cari mövsümdə idman iddialarını gerçəkləşdirə bilmədik. Bu xüsusi kluba uğurlar diləyirəm”, – Şahin öz istefası barədə məlumat aldıqdan sonra bildirib.

Nuri Şahin “Borussiya”nın sükanı arxasına ötən ilin iyulunda, alman-xorvat mütəxəssis Edin Terziçin yerinə böyük ümidlərlə gətirilmişdi. Buna qədər Şahin Terziçin köməkçisi olaraq çalışırdı. 36 yaşlı mütəxəssis müqaviləsi üzrə baş məşqçi olaraq “Borussiya”nı 2027-ci ilin iyun ayının sonuna qədər çalışdırmalı idi.

Şahin “Borussiya”nı 27 oyuna çıxarıb, 12 qələbə, 4 heçə mənzərəsində isə klubun ad-sanına yaraşmayacaq qədər – 11 məğlubiyyət yaşayıb. Topların fərqi isə 55:44 nisbətindədir.

Almaniya Bundesliqasında keçirdiyi 18 oyundan 25 xalla 10-cu pillədə qərarlaşmış “Borussiya”nın bu gedişlə növbəti mövsüm üçün avrokuboklara vəsiqə qazana bilməyəcəyi ehtimalı artır.

Xatırladaq ki, Nuri Şahin futbolçu karyerasının böyük hissəsini məhz Dortmund “Borussiya”sında keçirib. O, Almaniya klubundan öncə Türkiyənin “Antalyaspor” komandasına da rəhbərlik edib.

Seçilən
27
8
arena.az

10Mənbələr