Braziliyanın Sinop şəhərində 29 yaşlı Danielson Martins Paiva həyat yoldaşının işlədiyi marketin müdirin bel (lapatka) ilə döyüb. AzPost xəbər verir ki, Paivanın hərəkətləri anbaan təhlükəsizlik kameralarına düşüb. Hücum edən şəxs 40 yaşlı mağaza müdiri Klaudio Soares dos Santosa huşunu itirənə qədər zərbələr endirib.
O sakitcə marketin qarşısına gəlib. Bu arada 40 yaşlı mağaza müdiri Klaudio Soares dos Santos telefonla danışıb və əlində bel yaxınlaşan şəxsin fərqinə varmayıb. Danielson Martins Paiva fürsət tapan kimi müdirin başına bel (lapatka) ilə vurub. Zərbənin təsirindən mağaza müdiri yerə yıxılıb. Onun əlindəki telefon isə havaya uçub.
Mağaza işçiləri Paivanı qısa müddətdə zərərsizləşdiriblər və təhlükəsizlik xidməti onu polisə təhvil verib. Kişi polisə verdiyi ifadəsində bu hücumu həyat yoldaşının işinin çoxluğundan və məzuniyyətin olmamasından şikayətləndiyi üçün etdiyini bildirib. Eyni zamanda market müdirinin həyat yoldaşına qarşı kobudluq etdiyini və icazə istədiyi üçün onu danladığını bildirib. Kişi bundan qəzəbləndiyi üçün analoji adddımı atıb.