AZ

Dünyanın ən bahalı qida şirkətləri bunlardır - ADLAR

Birja məlumatlarına əsasən, dünyanın ən bahalı qida şirkətləri İsveçrənin “Nestle” və ABŞ-nin “McDonald” şirkətləridir. 

 

Sfera.az xəbər verir ki, “Nestle”nin səhmlərinin ümumi dəyəri 212 milyard dollardır. “McDonald” isə 203 milyard dollar bazar dəyərinə sahibdir. 

 

Ən bahalı qida şirkətləri sıralamasında üçüncü yerdə Böyük Britaniyanın “Unilever” şirkəti gəlir. Bu şirkətin də dəyəri yüksəkdir. “Unilever”in səhmlərinin ümumi dəyəri 141 milyard dollardır. 

 

Ən böyük qida şirkətləri sıralamasında ilk beşliyi ABŞ-nin “Mondelez” (77 milyard dollar) və “Chipotle Mexican Grill” (77 milyard dollar) şirkətləri tamamlayır. 

 

Vasif

Seçilən
37
50
sfera.az

10Mənbələr