AZ

"Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar

İkinci Qarabağ müharibəsinin “Paşa” ləqəbli döyüşçücü, qazi Allahşükür Qasımova qarşı dələduzluq edilib.

Publika.az xəbər verir ki, o, Teleqraf.com-a açıqlamasında Sumqayıt şəhərində yerləşən “TT 064” adlı avtosalonun sahibi tərəfindən aldadıldığını bildirib.

Allahşükür Qasımovun sözlərinə görə, həmin salondan avtomobil alıb. Əsl problem də bundan sonra başlayıb.

Qazi deyib ki, “TT 064”nin sahibi keçmiş polis əməkdaşı Natiq Cəfərovdur.

“Mən “Niva” markalı avtomobilimi satmaq üçün Sumqayıtın maşın bazarına getdim. Bir tanışım mənə təklif etdi ki, yaxınlıqda avtosalon var, oraya gedək. Avtosalonda avtomobillərə baxdıq, 2013-cü ilə aid “Toyota RAV4” markalı avtomobili satın almaq qərarına gəldim. Müqabilində 2015-cü ilə aid “Niva” markalı avtomobilimi və 17 min 800 manat pul verməli idim. Mənimlə gedən tanışlarımdan pul götürərək 17 min manatı və “Niva” markalı avtomobilimi onlara təqdim etdim. Sonra isə “Niva”nın sənədlərini və 800 manatı birlikdə göndərməli idim. Beləliklə, razılaşdıq. Avtomobilin dəmirinə baxdım, keyfiyyətli idi. Səhəri gün avtomobili maşın ustasına apardım.

Mənə bildirdilər ki, avtomobilin motorunda problem var. Natiq bəyə zəng etdim, səbəbini soruşdum. Onlar mənim dediyimlə razılaşmadılar və qeyd etdilər ki, ola bilsin, yüngül problemdir. Avtomobildə ciddi problem olduğunu mən özüm də bilmirdim. Sonra ailəmlə bağlı problem oldu, xəstəxana məsələləri və sair araya düşdü. Ona görə avtomobili bir ay sonra servis xidmətinə apardım. Orada mənə dedilər ki, avtomobilin motorunun 4 min 500 manat xərci var.

Mən avtomobili aldığım salonun sahibi Natiq Cəfərova müraciət etdim, dedilər ki, bu problem bizlik deyil, sizə verəcək pulumuz yoxdur. Avtomobili alarkən yerindəcə sənəd məsələsi həll edilmişdi. Hətta onu da bildirim ki, avtomobilin adına cərimə də var idi. Mən müraciət edəndə dedilər ki, cəriməni də ödəmirik, kimə istəyirsiniz şikayət edin. Nə avtomobili geri alırıq, nə də motorun problemini həll etmək üçün sizə maddi dəstək göstəririk.

Məsələylə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etdim. Oradan bildirdilər ki, bu kimi məsələlərə baxılmır. Natiq Cəfərov həmin bölmədə əməliyyat işçisi olub”, - keçmiş döyüşçü deyib.

Seçilən
4
50
publika.az

10Mənbələr