Vaşinqton, 23 yanvar, AZƏRTAC
ABŞ-ın Tenessi ştatının Neşvil şəhərində məktəbdə baş verən atışma zamanı şagirdlərdən biri həyatını itirib.
AZƏRTAC-ın məlumatına görə, atəş açan şagird isə hadisə yerində özünü öldürüb.
Hadisənin başvermə səbəbi hələlik mələm deyil.
23:51
ABŞ-da Tenessi ştatının Neşvil şəhərində məktəbdə atışma baş verib.
AZƏRTAC-ın məlumatına görə, məktəbin yeməkxanasında şagirdlərdən biri digər iki şagirdə atəş açıb. Daha sonra o, silahı özünə doğru çevirərək işə salıb. Polisin verdiyi məlumata görə, hər üç şagird yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton